"Azərbaycanın işi haqq işidir və bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır".
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Xankəndinin deputatı Tural Gəncəliyev deyib.
Millət vəkili qeyd edib ki, səbirsizliklə Xankəndində fəaliyyətə başlamağı gözləyir: "Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü təstiq edib. Antiterror tədbirləri uğurla nəticələndi. Bu Azərbaycan Ordusunun, Ali Baş Komandanın apardığı ağıllı, planlaşdırılmış, strateji addımların təzahürüdür. İnşallah mən də Xankəndinin millət vəkili olaraq öz gələcək fəaliyyətimi 1980-ci ildə doğulduğum öz doğma şəhərimdə davam etdirəcəyimə əminəm".
Məlik Məlikov