Əsas məzmuna keç

Xankəndi yenidən qurulur: Strateji kompleksin 40%-i hazırdır

Xankəndi yenidən qurulur: Strateji kompleksin 40%-i hazırdır

Qarabağda nəqliyyat qovşağının inşası sürətlənir. Müasir logistika mərkəzinin bərpası prosesində son vəziyyət necədir? Layihənin icra detalları ilə tanış olun.

en ru

Yenidənqurma və şəhərsalma prosesində vətəndaşların və mütəxəssislərin iştirakının təmin edilməsi əsas prinsiplərdən biridir. Qərar qəbuletmə proseslərində isə şəffaflıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Təşkilatının () Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O məlumat verib ki, işğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə (4510 nəfər) qayıdıb.

“Dəmir yolu və avtobus terminal layihəsi çərçivəsində, 28 kilometr uzunluğundakı Ağdam-Xankəndi dəmir yolu xəttinin dizayn işləri 90 faiz, tikintisi isə 51,1 faiz tamamlanıb. Eyni layihə çərçivəsində yer alan Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin də dizayn işlərinin 90 faizi, tikinti işlərinin isə 40 faizi yekunlaşıb”,- deyə o diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…