Əsas məzmuna keç

Xamenei dəfn mərasimi üçün 1 həftəlik vaxt təyin etdi

Xamenei dəfn mərasimi üçün 1 həftəlik vaxt təyin etdi

İranın ali rəhbəri Ayətullah Əli Xamenei İbrahim Rəisinin ölümü ilə bağlı ölkədə 5 günlük matəm elan edib. Dəfn prosesi və yeni təyinatlar necə olacaq?

en ru

ABŞ İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar Tehrana danışıqlar üçün bir fasilə imkanı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp 4 iyulda qeyd edilən ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatında Raşmor dağında çıxışı zamanı bildirib.

“Onlar razılaşma əldə etməyə can atırlar. Onlar var qüvvələri ilə razılaşmaya nail olmaq istəyirlər. Biz onlara dəfn mərasimi ilə əlaqədar bir həftəlik fasilə verdik”, - deyib.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Seyid Əli öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…