Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vuçiç Gürcüstan liderini Belqrada dəvət etdi: Azad ticarət sazişi imzalana bilər

2 dəq
Paylaş:
Vuçiç Gürcüstan liderini Belqrada dəvət etdi: Azad ticarət sazişi imzalana bilər

Prezidenti Aleksandr Gürcüstanın İrakli Kobaxidzeni bu payız Belqrada səfərə dəvət edib və iki ölkə arasında azad ticarət sazişinin imzalanacağına ümid etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vuçiç bu barədə zamanı açıqlama verib.

Serbiya lideri bildirib ki, Gürcüstanın Baş naziri oktyabrın 10-12-də Belqradda keçiriləcək “Vine Vision” şərab sərgisindən əvvəl Serbiyaya səfər edə bilər.

“Ümid edirəm ki, Kobaxidze Belqradda keçiriləcək tədbirdən əvvəl vaxt tapacaq və ikitərəfli səfər həyata keçirəcək. O vaxta qədər, ən geci, azad ticarət müqaviləsi imzalayacağımıza ümid edirəm”, - deyə Vuçiç qeyd edib.

Qeyd edək ki, Serbiya Prezidenti daha əvvəl Belqrad və Tbilisinin azad ticarət sazişi ilə bağlı şərtlər üzrə razılığa gəldiyini və demək olar ki, bütün mübahisəli məsələlərin həll edildiyini açıqlamışdı.

Aleksandr Vuçiç iyunun 17-dək Gürcüstanda səfərdə olacaq. Bu, Serbiya prezidentinin Gürcüstana ilk rəsmi səfəridir.

Serbiya nümayəndə heyətinin tərkibinə daxili və xarici ticarət naziri Yaqoda Lazareviç, eləcə də kənd təsərrüfatı, meşə təsərrüfatı və su təsərrüfatı naziri Draqan Qlamoçiç daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax