Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Meksikada həbsxanaya silahlı hücum: 23 məhbus qaçdı

2 dəq
Paylaş:
Meksikada həbsxanaya silahlı hücum: 23 məhbus qaçdı

Meksikanın ştatında cəzaçəkmə müəssisəsinə silahlı hücum edilib.

“Operativ Məlumat Mərkəzi-OMM”" " nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 23 məhbus həbsxanadan qaçmağa müvəffəq olub.

Ştatın ictimai katibi Xuan Pablo Ernandes bildirib ki, hadisə Puerto-Valyarta şəhərinin İkstapa rayonundakı regional islah mərkəzində qeydə alınıb.

Silahlı şəxslər binaya atəş açdıqdan sonra avtomobillə darvazanı sındıraraq əraziyə daxil olublar.

Hücum zamanı bir nəfər penitensiar polis əməkdaşı həlak olub. Mühafizəçilər hücumu dəf edə bilsələr də, müəssisə daxilində iğtişaşlar yaranıb. Əlavə qüvvələrin cəlb edilməsi ilə vəziyyət nəzarətə götürülüb.

Qaçan məhbusların saxlanılması üçün federal subyektlərə müvafiq axtarış bildirişləri göndərilib.

Qeyd edək ki, bu hadisə "Xalisko Yeni Nəsil" narkokartelinin liderinin öldürülməsindən sonra ölkədə yaranan gərginlik fonunda baş verib. Bundan əvvəl baş verən iğtişaşlarda 26 nəfərin öldüyü, onlarla şəxsin isə qarət və zorakılıq ittihamı ilə saxlanıldığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax