Əsas məzmuna keç

Peruda hərbi helikopter qəzaya uğrayıb: 15 nəfər həlak olub

Peruda hərbi helikopter qəzaya uğrayıb: 15 nəfər həlak olub

Peru Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki 4 heyət üzvü və 11 sivil həyatını itirib.

en ru

Peruda fevralın 22-dən bəri itkin düşmüş istehsalı olan "Mi-17" tipli hərbi helikopterin qalıqları aşkar edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” Hava Qüvvələrinin yaydığı məlumata istinadən xəbər verir ki, uçuş nöqtəsindən təxminən 300 kilometr uzaqlıqda, Çala rayonunun kənd ərazisində qəzaya uğrayıb.

Helikopter Arekipa şəhərində baş verən sel fəlakətindən zərərçəkənlərin təxliyəsi və xilasetmə işlərinə cəlb olunubmuş. Axtarış-xilasetmə qrupları göyərtədə olan 4 üzvü və 11 sərnişinin hamısının öldüyünü təsdiqləyib.

Həlak olan 15 nəfərdən 7-nin uşaq olduğu bildirilir.

Arekipa bölgəsinin rəisi general Antonio Lamadrid mətbuata verdiyi açıqlamada helikopterin enkazının yaşayış məntəqələrindən uzaq bir nöqtədə tapıldığını qeyd edib.

Hazırda qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə rəsmi təhqiqat başladılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…