Əsas məzmuna keç

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

Cənubi Koreya ordusuna məxsus hücum helikopterinin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində hər iki ekipaj üzvü həyatını itirib.

en ru

Cənubi Koreyanın şimalındakı Qapyonq dairəsində orduya məxsus "AH-1S Cobra" tipli hücum helikopteri təlim zamanı qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qəza nəticəsində ağır yaralanan iki üzvü dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə edilsə də, həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Baş vermiş faciə ilə əlaqədar ordu rəhbərliyi tərəfindən bütün "AH-1S" tipli helikopterlərin istismarı müvəqqəti olaraq dayandırılıb, qəzanın səbəblərini araşdırmaq üçün xüsusi fövqəladə cavab qrupu yaradılıb, hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib və təhqiqat işlərinə başlanılıb.

Məlumata görə, sözügedən təlim mühərriki söndürmədən təcili eniş prosedurlarının məşq edilməsindən ibarət olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…