Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada hakim və anası kriptovalyuta dəstəsi tərəfindən qaçırılıb

2 dəq
Paylaş:
Fransada hakim və anası kriptovalyuta dəstəsi tərəfindən qaçırılıb

Fransanın cənub-şərqindəki Drom departamentində səs-küylü hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, bir hakim və onun dəstəsi tərəfindən qaçırılıb.

Cinayətkarlar hakimin həyat yoldaşına müraciət edərək azadlığa buraxılma qarşılığında fidyə qismində kriptovalyuta tələb ediblər.

Hadisə ilə bağlı keçirilən genişmiqyaslı əməliyyata 200-ə yaxın polis əməkdaşı cəlb olunub. Axtarışlar nəticəsində Bur-le-Valans qəsəbəsindəki qatar stansiyasında hakim və anası yaralı halda tapılıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, şübhəlilərin saxlanılması istiqamətində tədbirləri isə gücləndirilib.

Lion Prokurorluğunun rəsmi açıqlamasına əsasən, fevralın 7-si və 8-də keçirilən əməliyyatlar zamanı cinayətdə şübhəli bilinən 4 kişi, 1 qadın və 1 azyaşlı saxlanılıb. Məhkəmə qərarı ilə 6 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanları bildirir ki, araşdırmalar genişləndirilib. Hazırda hüquq-mühafizə orqanları kriptovalyuta ilə aparan varlı şəxsləri hədəf alan digər qaçırma və qəsb cəhdlərinin bu dəstə ilə əlaqəsini araşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax