“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk İngiltərə klubundakı gələcəyi barədə danışıb. Niderlandlı futbolçu müddəti başa çatmaqda olan müqaviləsi ilə bağlı narahatlıq keçirmədiyini bildirib.
“Özümü yaxşı hiss edirəm, amma hazırda məsələ mənimlə bağlı deyil. Görək, bu mövsüm nə gətirəcək. Heç narahat deyiləm. Oynamağa və gördüyüm işi davam etdirməyə çalışıram. Hazırda vaxtımı yaxşı keçirirəm. Belə davam etsə, elə də olacaq. Əks halda başqa yerə gedəcəyəm. Hələlik bildirəcəyim bir şey yoxdur, amma bu, stress keçirdiyim demək deyil”, – van Deykin sözlərini Sky Sports yayıb.
Müdafiəçi zədə səbəbindən Niderland millisinin UEFA Millətlər Liqasında keçirəcəyi qarşıdakı oyunları buraxacaq. Van Deykin “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.