Daxili işlər orqanlarında yeni təyinat olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oğlu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.