Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vilayət Eyvazov vətəndaş qəbulu ilə bağlı tapşırıq verdi

3 dəq
Paylaş:
Vilayət Eyvazov vətəndaş qəbulu ilə bağlı tapşırıq verdi

Azərbaycanın naziri, general-polkovnik Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.

V.Eyvazov və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin etibarlı təmin olunduğunu, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıqla icra edildiyini vurğulayıb.

Nazir həmçinin qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdıraraq onların ətraflı müzakirəsinin, eləcə də xidməti fəaliyyətin təkmilləşdirilməsi məqsədilə əlavə təşkilati tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin vacibliyini qeyd edib.

V.Eyvazov eyni zamanda xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı və tövsiyələrini verib.

Nazir bununla yanaşı vətəndaş məmnunluğunun təmin edilməsinin İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

Qeyd edək ki, iyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında -xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax