Əsas məzmuna keç

Vilayət Eyvazov növbəti sıra baxışını keçirdi - Rəsmi

Vilayət Eyvazov növbəti sıra baxışını keçirdi - Rəsmi

Daxili İşlər Naziri Vilayət Eyvazov polis əməkdaşlarının xidməti hazırlığını yoxlayıb. Nazirlikdə keçirilən baxış zamanı hansı tapşırıqlar verilib? Ətraflı oxuyun.

en ru

naziri general-polkovnik iyunun 19-da respublikanın şəhər, rayon orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Bakıda keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 158 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…