Macarıstanın Baş naziri Ukrayna liderinin tənqidlərinin rəsmi Budapeştin Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mövqeyinə təsir etməyəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, son bir həftə ərzində Ukraynadan gələn siyasi hücumlar yeni səviyyəyə çatıb. Orbanın sözlərinə görə, Volodimir Zelenski Macarıstanın Ukraynanın Avropa İttifaqına sürətli qoşulmasını dəstəkləməkdən imtina etməsi səbəbindən şəxsi hücumlara əl atır.
Baş nazir vurğulayıb ki, Ukrayna lideri bu addımları ilə 2025-ci il referendumunda Ukraynanın Aİ-yə qoşulmasına qarşı səs verən macar xalqının suveren qərarını faktiki olaraq şübhə altına alır.
Orban əlavə edib ki, Macarıstanın Baş naziri olaraq macar xalqının qərarının icrasını təmin etməyə borcludur və Prezident Zelenskinin mövqeyindən asılı olmayaraq bu siyasəti davam etdirəcək.