Əsas məzmuna keç

Fransada təlim təyyarəsi qəzaya uğradı

Fransada təlim təyyarəsi qəzaya uğradı

Avropa ölkəsində baş verən aviasiya hadisəsi zamanı pilot və sərnişin xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub, təfərrüatlar...

en ru

Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Qüvvələrinin "Cirrus SR-20" təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir.

Qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin kiçik təyyarəsinin iki ekipaj üzvü - və təlimatçı aldıqları xəsarətlərə baxmayaraq, həyəcan siqnalı veriblər.

Qəza zamanı onlar yaşayış məntəqələrindən yan keçə biliblər. Üçüncü şəxslərə ziyan dəyməyib.

"Hərbi Hava Məktəbinin göyərtədə olan iki hərbçisi təyyarəni endirməyə və onu alovlanmazdan əvvəl tərk etməyə müvəffəq olublar", – Salon-de-Provans şəhər meriyasında bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…