Əsas məzmuna keç

Antonio Kosta Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

Antonio Kosta Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

Avropa Şurası rəhbəri “Vətəndaş Müqaviləsi” partiyasının uğurunu dəyərləndirib. Aİ və Ermənistan arasında enerji, ticarət və rəqəmsallaşma sahəsində yeni əməkdaşlıq.

en ru

Avropa Şurasının prezidenti Kosta Ermənistanın Nikol Paşinyanı parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi münasibətilə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Kosta bildirib ki, xalqı sülh, sabitlik və qonşularla daha güclü əməkdaşlığa əsaslanan gələcəyə səs verib.

“Əldə edilən nəticələrə görə Nikol Paşinyanı təbrik edirəm. Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsindəki rolunuzla fəxr edə bilərsiniz”, - deyə o qeyd edib.

Avropa Şurası prezidenti həmçinin vurğulayıb ki, Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişlənir.

Onun sözlərinə görə, tərəflər , ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar yaradır və bu əməkdaşlıq region üçün daha dinc və firavan gələcəyə töhfə verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…