Əsas məzmuna keç

İspaniya Superkuboku 2027-ci ildə İstanbulda keçiriləcək

İspaniya Superkuboku 2027-ci ildə İstanbulda keçiriləcək

İspaniya Kral Futbol Federasiyası turnirin növbəti ev sahibinin İstanbul olacağını rəsmən açıqlayıb.

en ru

2027-ci ildə keçiriləcək İspaniya Superkuboku turnirinə İstanbul ev sahibliyi edəcək. İspaniya Kral Futbol Federasiyasının (RFEF) açıqlamasına əsasən, turnirin oyunları Olimpiya Stadionunda baş tutacaq.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, turnirdə “”, “”, “Real Sociedad” və “Atletico Madrid” klubları mübarizə aparacaq.

RFEF-in məlumatına görə, İspaniya Superkubokuna ev sahibliyi etmək üçün yeddi müxtəlif ölkədən təklif daxil olub.

Aparılan qiymətləndirmələr və daxilində keçirilən müzakirələrdən sonra turnirin İstanbulda keçirilməsinə qərar verilib.

Federasiya İstanbulun beynəlxalq imkanlarını, stadionun infrastrukturunu və böyükmiqyaslı futbol tədbirlərinin keçirilməsi üzrə təcrübəsini seçimdə əsas amillərdən biri kimi qiymətləndirib.

RFEF bildirib ki, İspaniya Superkuboku dünya üzrə geniş auditoriyaya çatdırılan mühüm futbol turnirlərindən biridir.

Federasiyanın açıqlamasında qeyd olunub ki, 2027-ci ildə İstanbulda keçiriləcək qarşılaşmalar 150-dən çox ölkədə yayımlanacaq və turnirə beynəlxalq səviyyədə böyük maraq gözlənilir.

Qeyd edək ki, İspaniya Superkubokunun 2016-cı ildə keçirilən buraxılışında “Barcelona” qalib olub. 2027-ci ildə isə futbol azarkeşləri turnirin oyunlarını İstanbulun Atatürk Olimpiya Stadionunda izləyə biləcəklər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…