Əsas məzmuna keç

Vətəndaşlıq qaydaları dəyişdi - Rəsmi

Vətəndaşlıq qaydaları dəyişdi - Rəsmi

Baş nazir Əli Əsədovun yeni qərarı ilə hərbi xidmət dövrü yaşayış qeydiyyatı sayılacaq. DTX və XKX sənədləri vətəndaşlıq üçün əsasdır. Mühüm yeniliyin detalları:

en ru

vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi qaydasında mühüm dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qüvvəyə mindiyi günədək ölkədə hərbi xidmətdə olan şəxslərin statusuna yenidən baxılıb. Belə ki, həmin hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul ediləcək.

Yeniliyə görə, sənədləşmə prosesində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları ilə yanaşı, digər xüsusi xidmət orqanlarının arayışları da əsas götürüləcək.

Bundan sonra Dövlət Təhlükəsizliyi Xidməti () və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənədlər də rəsmi sorğuya əlavə ediləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…