Operativ Məlumat Mərkəzi

Venesuelada vandalizm və sabitliyi pozmaq cəhdlərinə görə azı 15 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Venesuelada vandalizm və sabitliyi pozmaq cəhdlərinə görə azı 15 nəfər saxlanılıb
bu barədə Venesuelanın Baş prokuroru Tarek Saab "X" səhifəsində bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları digər məhbuslardan partlayıcı...

Venesuelanın hüquq-mühafizə orqanlarının əməkdaşları azı 15 üsyançını yolları bağlamaq, vandalizm törətmək və ölkədə sabitliyi pozmağa cəhd etməkdə ittiham edərək saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Venesuelanın Baş prokuroru Tarek Saab "X" səhifəsində bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları digər məhbuslardan partlayıcı butulkalar və silahlar götürüblər.

“İfrat sağçılar bu muzdlu quldurları qanuniləşdirir və cinayətkarları “siyasi təqib olunanlar” siyahısına salır”, - deyə baş prokuror bildirib.

Bazar ertəsi Karakasın mərkəzində etirazlar və iğtişaşlar başlayıb. Nümayişçilər hakimiyyəti hazırkı prezident Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham ediblər. Müdafiə naziri Vladimir Padrino Lopez zorakılıqlar zamanı 20-dən çox əsgərin yaralandığını bildirib.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının məlumatına görə, səslərin 80%-i hesablandıqdan sonra hazırkı prezident Maduro 51,2% səs toplayıb. Onun əsas rəqibi, ifrat sağçı partiyaları təmsil edən Edmundo Qonzales 44,2% səs toplayıb. Müxalifət liderlərindən Korina Maçado seçkinin nəticəsini tanımaqdan imtina edib və Qonzalesi qalib elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər