Operativ Məlumat Mərkəzi

Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırdı

1 dəq
Paylaş:
Venesuela Kolumbiyaya uçuşları müvəqqəti olaraq dayandırdı
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgər daxil olur və buna görə də mayın 25-də keçiriləcək...

Venesuela terror təhlükəsi səbəbi ilə qonşu Kolumbiyaya bütün uçuşları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kolumbiyadan ölkəyə çoxlu sayda muzdlu əsgər daxil olur və buna görə də mayın 25-də keçiriləcək parlament seçkiləri öncəsi bir sıra ehtiyat tədbirləri görməyə qərar verilib.

Seçkilərdə təxribat cəhdlərinin edildiyini iddia edən ölkənin daxili işlər naziri Diosdado Kabello bildirib:

"Kolumbiyadan Venesuelaya bütün uçuşların dərhal dayandırılması əmrini verdik. Çünki əlimizdə olan məlumata görə, zorakılıq, terror və mafiya ilə əlaqəsi olan şəxslərin Kolumbiyadan quru sərhədindən istifadə edərək ölkəyə daxil olduğunu müəyyən etdik".

Kabello 17-si əcnəbi olmaqla ümumilikdə 38 nəfərin saxlanıldığını, tutulanlar arasında Kolumbiya, Meksika və Ukrayna vətəndaşlarının da olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər