Vəhdət Partiyası qeydiyyata alınmadı

Vəhdət Partiyası qeydiyyata alınmadı
05.08.2023 14:51
Aa
dəq

Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə partiyanın sədri məlumat verib.

O qeyd edib ki, partiyanın üzv siyahılarında çatışmazlıqlar aşkarlanıb və problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verilib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.   

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu