Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

2 dəq
Paylaş:
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı , o cümlədən bir sıra ərazilərdə yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin və tövsiyələrinə sözsüz əməl edilməlidir.

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax