Əsas məzmuna keç

"Vaşinqtonun mövqeyi səbəbindən sənədin təhlili asan olmayacaq"

"Vaşinqtonun mövqeyi səbəbindən sənədin təhlili asan olmayacaq"

İran XİN rəsmisi İsmayıl Bəqayi ABŞ-nin Pakistan vasitəsilə göndərdiyi cavabı şərh edib. Ağ Evin ağır şərtləri və Hörmüz boğazındakı gərginlik prosesi çətinləşdirir.

ru en

"Dolayı danışıqlar zamanı Vaşinqton həddindən artıq tələblər irəli sürür".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran XİN sözçüsü İsmayıl Bəqayi deyib.

İran XİN rəsmisi təsdiqləyib ki, İran ABŞ-dən cavab mesajını vasitəçiləri ilə alıb. Lakin o qeyd edib ki, Vaşinqtonun səbəbindən sənədin təhlili olmayacaq.

“Biz ABŞ-nin mesajını Pakistan vasitəsilə aldıq. Hazırda detallara varmaq istəmirəm, çünki məsələlər hələ də araşdırılma mərhələsindədir. Bununla belə, Amerika tərəfinin həddindən artıq tələblər irəli sürmək və qeyri-məntiqli şərtlər qoymaq vərdişini nəzərə alsaq, bu cavabın öyrənilməsi asan olmayacaq”, - o qeyd edib.

İran nümayəndəsi Fars körfəzindəki vəziyyətə toxunaraq vurğulayıb ki, İran bu mühüm dəniz yolunun təhlükəsizliyinin daim təminatçısı olub:

"Son 40-50 gündə baş verən bütün insidentlər ABŞ və sionist rejimin İrana qarşı təcavüzünün birbaşa nəticəsidir. Fevralın sonuna qədər Hörmüz boğazı gəmiçilik üçün tam təhlükəsiz idi. Xaos yalnız ölkəmizə hücumdan sonra başladı”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…