Operativ Məlumat Mərkəzi

Vaşinqton Pekinə xəbərdarlıq edib

1 dəq
Paylaş:
Vaşinqton Pekinə xəbərdarlıq edib

ABŞ administrasiyası iddia edir ki, Çinin Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya silah və hərbi texnika verməsi Pekin üçün böyük səhv olardı.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

O qeyd edib ki, Vaşinqton hələlik ÇXR-in Rusiyaya sonradan müharibə zamanı istifadə etmək üçün silah ötürdüyünü görməyib.

"Lakin biz ayıq-sayıq qalırıq, bunu yaxından izləməyə davam edirik. Şəxsən mən əvvəllər dediyim kimi, Çinin bunu etməsinin böyük səhv olacağına inanırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər