Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla söhbətində Tayvan məsələsinin Çin-Amerika münasibətlərində ən vacib amil olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Si Cinpin qeyd edib ki, Tayvan Çinin ərazisidir və Çin öz milli suverenliyini və ərazi bütövlüyünü qorumalıdır.
Çin lideri əlavə edib ki, ABŞ Tayvana silah satışı ilə bağlı ehtiyatlı olmalıdır.
İkitərəfli münasibətlərdən danışan Si Cinpin həmçinin bildirib ki, hər iki tərəf bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əməl edərsə, ortaq problemlərin həlli yollarını tapa biləcəklər.