Əsas məzmuna keç

Valeri Zalujnı Zelenskiyə prezidentliyə namizəd olmaq istədiyini bildirib

Valeri Zalujnı Zelenskiyə prezidentliyə namizəd olmaq istədiyini bildirib

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı payızda keçirilə biləcək seçkilərdə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

en ru

Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnının prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğu bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra edən ilə görüşdə, əgər payızda seçkilər keçirilərsə, bu yarışda iştirak etməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, rəsmi Kiyevdə, xüsusilə prezident administrasiyasında (Bankova küçəsi) Zalujnının bu siyasi niyyətlərinə müsbət yanaşılmadığı və onun bu qərardan çəkindirilməyə çalışıldığı iddia edilir.

Bildirilib ki, Valeri Zalujnının Böyük Britaniyadan Kiyevə çağırılması da diqqət çəkən məqamlardan biridir. Məlumata görə, bu səfər Britaniyanın Keir Starmerin istefasından əvvəlki dövrə təsadüf edib.

Qeyd edək ki, siyasi müşahidəçilər Zalujnını uzun müddətdir Ukrayna Prezidenti Volodimir Zelenskinin potensial əsas rəqiblərindən biri kimi qiymətləndirirlər. İddialara görə, o, həmçinin digər siyasi fiqurlarla əlaqələr quraraq öz siyasi şəbəkəsini formalaşdırmağa başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…