Əsas məzmuna keç

Vahid nəqliyyat marşrutları sisteminin formalaşdırılmasına çağırdı

Vahid nəqliyyat marşrutları sisteminin formalaşdırılmasına çağırdı

bu sözü ŞƏT-in baş katibi Nurlan Yermekbəyev bildirib."Dəniz kommunikasiyaları son vaxtlar həssasdır və müxtəlif risklərə məruz qalır. Belə olan təqdirdə,...

en ru

" (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (EAİS) təkcə ayrı-ayrı dəhlizlərini deyil, həm də qarşılıqlı əlaqədə olan vahid marşrutlar sistemi formalaşdırmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözü ŞƏT-in Nurlan bildirib.

"Dəniz kommunikasiyaları son vaxtlar həssasdır və müxtəlif risklərə məruz qalır. Belə olan təqdirdə, eyni qitədə yerləşən dövlətlərimiz üçün Avrasiya marşrutlarının və onlarla əlaqəli tənzimləyici normaların əhəmiyyəti obyektiv şəkildə artır", - Yermekbəyev qeyd edib.

O əlavə edib ki, qlobal təchizat zəncirlərinin davam edən transformasiyası yeni tələblər irəli sürür:

"Buna görə də ŞƏT və EAİS qarşısında təkcə ayrı-ayrı nəqliyyat dəhlizlərini inkişaf etdirmək deyil, həm də şərqi, qərbi, şimalı və cənubu birləşdirən vahid qarşılıqlı əlaqəli marşrutlar sistemi formalaşdırmaq vəzifəsi durur".

Yermekbəyev xatırladıb ki, EAİS əlaqələndirilmiş nəqliyyat siyasəti mexanizmləri işləyib hazırlayıb, ŞƏT isə Avrasiyanın ən mühüm tranzit marşrutlarının keçdiyi ölkələri birləşdirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…