Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Trampın “gizli düymə” iddiası gündəm oldu

2 dəq
Paylaş:
Trampın “gizli düymə” iddiası gündəm oldu

ABŞ Prezidenti Trampın qarnındakı gizli düymə vasitəsilə idarə edildiyi barədə sosial şəbəkələrdə yayılan iddia gündəmə səbəb olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə iddia ABŞ-nin mühafizəkar fəallarından biri kimi təqdim olunan Ceymi Franklinlə bağlı görüntülərdən sonra “X” sosial şəbəkəsində yayılıb.

Məlumata görə, hadisə avqustun 10-da Ağ Evin Oval kabinetində keçirilən tədbir zamanı baş verib.

Tədbirdə Milli Səhiyyə İnstitutlarının direktoru Cey Bxattaçariyanın çıxışı zamanı Tramp bir neçə saniyə başını aşağı salaraq gözlərini yumub.

Həmin vaxt onun arxasında dayanan əlini qarnına qoyub. Bundan dərhal sonra Trampın gözlərini açaraq dikəlməsi istifadəçilərinin diqqətini çəkib.

Bu görüntülərdən sonra internetdə Franklinin guya Trampı elektrik cərəyanı vasitəsilə oyatmaq üçün qarnındakı gizli düyməni basdığına dair yayılıb.

Franklin isə iddialara hesabında ironik cavab verib:

“Mən sadəcə hamiləyəm, sizi qəribə insanlar”, – deyə o yazıb.

Qeyd edək ki, Trampın ictimai tədbirlər zamanı yuxulu və ya yorğun göründüyü ilk hal deyil. Daha əvvəl Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında da onun mürgülədiyi görüntülər yayılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax