Əsas məzmuna keç

Kolumbiyada zəlzələ: 254 ölü

Kolumbiyada zəlzələ: 254 ölü

Avqustun 10-da ölkənin qərb hissəsində qeydə alınan 7.4 bal gücündə yeraltı təkanlar böyük dağıntılara və insan tələfatına səbəb olub.

en ru

Kolumbiyanın qərb bölgəsində avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, rəsmi məlumatlara əsasən, nəticəsində ən çox itki 101 nəfərlə qəhvə istehsalı ilə tanınan Pereira bölgəsində, 95 nəfərlə isə ölkənin üçüncü böyük şəhəri olan Kalidə qeydə alınıb.

Məlumata görə, zəlzələ nəticəsində təxminən 1600 bina tamamilə dağılıb və ya ciddi zərər görüb.

Hazırda 2700-dən çox şəxsin itkin düşdüyü bildirilir. Yaxınlarından xəbər ala bilməyən ailələr sosial şəbəkələr və vətəndaşların yaratdığı xüsusi internet resursları vasitəsilə itkin şəxslərlə bağlı məlumat axtarırlar.

Bölgədə işləri davam etdirilir. Əməliyyatlara ağır texnika, o cümlədən kran və ekskavatorlar, eləcə də çoxsaylı könüllülər cəlb olunub.

Xilasetmə işlərini çətinləşdirən əsas amillərdən biri isə zəlzələdən sonra 100-dən çox artçı təkanın qeydə alınmasıdır.

Beynəlxalq ictimaiyyət də Kolumbiyaya dəstəyini ifadə edib. və İsrail də daxil olmaqla, 10-a yaxın ölkə təbii fəlakətlə bağlı Kolumbiyaya dəstək mesajları göndərib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…