Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BƏƏ-də saxta partlayış videoları yayan 10 əcnəbi saxlanıldı

1 dəq
Paylaş:
BƏƏ-də saxta partlayış videoları yayan 10 əcnəbi saxlanıldı

Birləşmiş Əmirliklərində () süni intellektin köməyi ilə sosial şəbəkələrdə saxta videolar yayan 10 vətəndaş saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı BƏƏ-nin WAM agentliyi yayıb.

Saxlanılan şəxslər arasında Banqladeş, Vyetnam, Misir, Hindistan, İran və digər ölkələrin vətəndaşları var. BƏƏ-nin baş prokuroru Həməd Səif Əl-Şəmsi müxtəlif millətlərdən olan bu 10 təqsirləndirilən şəxsin həbs edilməsi üçün göstəriş verib.

Məlumata görə, bu şəxslər sosial şəbəkələrdə çaşdırıcı və saxta məzmunlu videolar dərc etdiklərinə görə təcili olaraq məhkəməyə göndəriliblər. Qeyd olunur ki, həmin videolarda BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, obyektlərin vurulması, həmçinin saxta partlayışlar və yanğın kadrları yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax