Rusiyalı dizayner Artemi Lebedevin Kiyevdəki mənzili 30 iyunda hərraca çıxarılacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Dmitri Nataluxa məlumat verib.
O bildirib ki, Lebedevin 138,5 kvadratmetrlik mənzili 30 iyunda hərraca çıxarılacaq.
"Evin başlanğıc qiyməti 10.583.400 qrivna (təxminən 236.000 dollar) təşkil edir".
Qeyd edək ki, dizayner 2022-ci ildən bəri Ukrayna sanksiyaları altındadır.
2023-cü ilin iyul ayında Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun Ukraynadakı əmlakını, o cümlədən Kiyevin tarixi mərkəzində, Yaroslavski Valında yerləşən mənzilini dövlətin xeyrinə müsadirə edib.