Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranda 300-dən çox əfqan miqrant donmaqdan xilas edilib

2 dəq
Paylaş:
İranda 300-dən çox əfqan miqrant donmaqdan xilas edilib

İran rəsmiləri ölkənin şimal-şərqindəki Razavi Xorasan əyalətinin Taybad rayonu yaxınlığında 300-dən çox sənədsiz əfqan miqrantın xilas edildiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı İranın "IRNA" dövlət xəbər agentliyi yayıb.

Taybad rayonunun qubernatoru bildirib ki, qrupu çətin keçilən sərhəd marşrutlarında aparılan patrullar zamanı aşkar olunub.

Güclü yağış və şaxtalı hava şəraitində köməksiz qalan şəxslərin həyatı ciddi təhlükə altında olub. Sərhəd mühafizə dəstələri və qüvvələri ərazidə hərəkət etməyə çalışan qrupu müəyyən edərək təhlükəsiz yerə təxliyə ediblər.

Qubernatorun sözlərinə görə, xilas edilən şəxslər xüsusi mərkəzlərə yerləşdirilib. Onlara isti yemək və müvəqqəti sığınacaq təmin edilib. Donvurma və müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə zəruri tibbi yardım göstərilib. Hüquqi prosedurlar tamamlandıqdan sonra miqrantlar rəsmilərinə təhvil veriləcək.

Qeyd edək ki, Taybad rayonu Əfqanıstandan gələn qeyri- miqrantların əsas keçid məntəqələrindən biri hesab olunur. Bir çox əfqan miqrant İran və üzərindən Avropaya çatmaq üçün təhlükəli və qeyri-qanuni yollardan istifadə edir. Son illərdə bu marşrutlar üzrə onlarla insanın əlverişsiz hava, silahlı insidentlər və yol qəzaları səbəbindən həyatını itirdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax