Əsas məzmuna keç

İran körfəz ölkələrinə xəbərdarlıq etdi: ABŞ-yə dəstək verməyin

İran körfəz ölkələrinə xəbərdarlıq etdi: ABŞ-yə dəstək verməyin

İran Silahlı Qüvvələri körfəz ölkələrini ABŞ-ın mümkün hərbi əməliyyatlarına şərait yaratmamağa çağırıb.

en ru

İran ölkələrinə ilə bağlı ciddi xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Abdullahi Körfəz ölkələrini ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatında iştirak etməməyə çağırıb.

İran tərəfi bölgədə ABŞ hərbi bazalarında çoxsaylı döyüş və yanacaq doldurma təyyarələrinin mövcudluğunu diqqətlə izlədiyini bildirib.

General Abdullahi qeyd edib ki, ABŞ hərbi aviasiyasının, xüsusilə yanacaq doldurma təyyarələrinin region ölkələrinin ərazilərində yerləşdirilməsi həmin dövlətlərin məlumatı və razılığı olmadan mümkün deyil.

İranlı general bu vəziyyətin Tehran üçün ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Abdullahi xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatına hər hansı formada yardım göstərilməsi və ya bunun üçün şərait yaradılması İran tərəfindən Amerika hərbi qüvvələri ilə əməkdaşlıq kimi qiymətləndiriləcək.

Tehran qonşu Körfəz ölkələrindən ABŞ-yə İrana qarşı hər hansı hərbi əməliyyatda dəstək verməmələrini tələb edib.

İranın bu açıqlaması regionda ABŞ-nin hərbi mövcudluğu ilə bağlı gərginliyin daha da artdığı bir vaxtda səslənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…