Əsas məzmuna keç

Rusiya və İran birgə dəniz təlimləri keçirəcəklər

Rusiya və İran birgə dəniz təlimləri keçirəcəklər

bu barədə “Mehr News Agency” məlumat yayıb.Bildirilir ki, açıqlamanı İran Hərbi Dəniz Qüvvələrinin kapitanı Həsən Məqsudlu Bəndər Abbas limanında Rusiya...

en ru

İran və donanmaları fevralın 19-da körfəzində və şimali Hind okeanında birgə hərbi təlimlər keçirəcəklər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Mehr News Agency” məlumat yayıb.

Bildirilir ki, açıqlamanı İran Hərbi Qüvvələrinin kapitanı Həsən Məqsudlu Bəndər Abbas limanında Rusiya donanmasının “Stoikiy” korvetini ziyarət edərkən verib.

Onun sözlərinə görə, təlimlərin məqsədi dəniz təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması üçün tərəflər arasında koordinasiyanı gücləndirməkdir. Təlimlər çərçivəsində dənizlərdə və okeanlarda kommersiya gəmilərinin və tankerlərin terrorizm təhlükəsindən qorunması məsələləri də məşq olunacaq.

Məqsudlu bildirib ki, birgə manevrlər ölkələr arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə verəcək və Moskva ilə Tehran arasında regional əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…