Əsas məzmuna keç

İran və Rusiya Oman körfəzində birgə hərbi təlimlər keçirib

İran və Rusiya Oman körfəzində birgə hərbi təlimlər keçirib

Trampın təhdidləri fonunda Tehran və Moskva hərbi əməkdaşlığı gücləndirir.

en ru

İran və körfəzində və Hind okeanının şimal hissəsində birgə hərbi-dəniz təlimləri həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The Hill" nəşri yayımlayıb.

Məlumata əsasən, rusiyalı dənizçilər iranlı həmkarları ilə birlikdə əməliyyat koordinasiyasını təkmilləşdirmək və hərbi təcrübə mübadiləsi aparmaq məqsədilə manevrlər icra ediblər.

İran Hərbi Qüvvələrinin kontr-admiralı Hassan Maqsudlu bildirib ki, təlimlər regionda təhlükəsizliyin möhkəmləndirilməsinə və iki ölkə arasında davamlı dəniz əməkdaşlığının inkişafına yönəlib.

Həmçinin qeyd olunur ki, Rusiya ilə birgə manevrlərdən öncə İran tərəfi fərdi hərbi təlimlər keçirərək Hörmüz boğazı istiqamətində beş raket buraxılışı reallaşdırıb.

Bu hərbi aktivlik Prezidenti Truampın son bəyanatları ilə eyni vaxta təsadüf edir. Xatırladaq ki, Ağ Ev rəhbəri İrana yeni saziş bağlamaq üçün maksimum 10-15 gün vaxt tanıdığını qəti şəkildə vurğulamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…