Əsas məzmuna keç

Azərbaycan və Ermənistan arasındakı yeni yol Gürcüstan üçün risk yaradır?

Azərbaycan və Ermənistan arasındakı yeni yol Gürcüstan üçün risk yaradır?

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkəsinin regiondakı strateji rolunun əvəzedilməz olduğunu bəyan edib.

en ru

Gürcüstanın naziri Maka Boçorişvili "İmedi" telekanalına verdiyi müsahibədə və arasında yaradılan yeni kommunikasiyaları ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, nazir bildirib ki, bəzi siyasətçilər iki ölkə arasındakı münasibətlərdən istifadə edərək Gürcüstanın strateji funksiyasını azaltmağa çalışırlar, lakin bu cəhdlər əsassızdır.

Boçorişvilinin sözlərinə görə, yeni yolların çəkilməsi regionun bağlantı imkanlarını daha da genişləndirəcək və bu, ümumi inkişaf üçün faydalıdır.

"Mən burada real bir risk görmürəm. xəritədən yox olmayacaq. Bu gün Gürcüstanı Avropa ilə əsas bağlayıcı həlqə kimi qeyd etməyənlərin peşəkarlığı sual altındadır", - deyə o vurğulayıb.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Tbilisi yeni inşa edilən yolları Gürcüstandan keçən marşrutlara rəqib kimi görmür.

O, ölkəsinin dünya geosiyasi xəritəsindəki strateji əhəmiyyətini qoruyub saxladığını bildirib:

“Yeni istiqamətlər yaransa da, Gürcüstanın rolu dəyişməz qalır. Şərq-Qərb dəhlizi üzrə yük axını o qədər böyükdür ki, hətta əlavə 3-4 marşrutun olması belə bu tələbatı tam qarşılamayacaq. Regionun tranzit potensialının artması bütün tərəflər üçün əlverişlidir”.

Yekunda nazir əlavə edib ki, Gürcüstan həm Avropa, həm də region ölkələri üçün ən etibarlı və əsas logistik qovşaq olmaqda davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…