Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazında yeni təhlükəsizlik planı hazırlayır

3 dəq
Paylaş:
İran Hörmüz boğazında yeni təhlükəsizlik planı hazırlayır

İran boğazında yeni tədbirləri müzakirə edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqayi Tehranda keçirilən həftəlik konfransında Hörmüz boğazındakı vəziyyət və Omanla aparılan danışıqlar barədə açıqlama verib.

Məlumata görə, İran və Oman arasında keçirilən müzakirələr əsasən Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yeni və müvəqqəti marşrutların müəyyənləşdirilməsinə yönəlib.

Bəkayi ABŞ ilə birbaşa danışıqlar aparılmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonun dəniz blokadası və təzyiq siyasəti davam etdiyi müddətdə boğazdakı vəziyyətdə dəyişiklik gözlənilmir.

İran rəsmisi qeyd edib ki, hazırda vasitəçilik rolunu Pakistan yerinə yetirir, Qətər isə prosesə dəstək verir. O, həmçinin Çinin bölgədə gərginliyin artmasından narahat olduğunu və vəziyyətin daha da pisləşməməsi üçün səylər göstərdiyini bildirib.

Bəkayi ABŞ-nin bölgədəki hərbi bazalarından istifadəsinin sabitliyi pozduğunu və bunun yalnız İran deyil, bütün region ölkələri üçün təhlükə yaratdığını iddia edib. O, Donald Trampın İrana qarşı sərt açıqlamalarına toxunaraq, Tehranının öz mövqeyini və dəyərlərini qoruyacağını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu ilə bağlı məsələyə münasibət bildirib. O, rəsmilərinin hadisənin qəsdən törədilmədiyini açıqladığını, lakin Volodimir Zelenskinin fərqli bəyanatlar verdiyini qeyd edib.

Bəqayi bildirib ki, rəsmi Kiyevdən hadisə ilə bağlı mövqeyin dəqiqləşdirilməsi gözlənilir. Onun sözlərinə görə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax