Əsas məzmuna keç

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Nardarandakı akvaparkda 4 yaşlı Akif Abdullayevin ölümü ilə bağlı istintaq başlayıb. İş adamı faciənin təfərrüatlarını və FHN-in yoxlamalarını açıqladı.

en ru

Avqustun 14-də Nardaran qəsəbəsində “Sea ” istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Cavid oğlu vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı iş adamı şəxsi instaqram səhifəsində paylaşım edib:

“Sea Breeze” ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib.

Şəxsən öz adımdan, bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur.

Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.

Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub, olaraq qalır. Kurortun bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.

Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

“Sea Breeze” komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…