Əsas məzmuna keç

DTX-dən əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi

DTX-dən əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi uğurlu tədbir nəticəsində ağır cinayətlərdə ittiham olunan şəxs ekstradisiya edildi. Detallar xəbərimizdə.

en ru

Dövlət Təhlükəsizliyi Xidməti () tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…