Əsas məzmuna keç

ÜST-nin sözçüsü Harris: "Qəzzada Şifa xəstəxanasında ağır vəziyyət var"

ÜST-nin sözçüsü Harris: "Qəzzada Şifa xəstəxanasında ağır vəziyyət var"

bu barədə xarici KİV məlumat yayıb. "İsrail ordusu Qəzzada ən böyük sağlamlıq kompleksi olan Şifa Xəstəxanasından çəkildiyini açıqlayıb. Xəstəxana iki...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret İsrail ordusunun Qəzza şəhərində basqın edərək tamamilə yerlə-yeksan edərək geri çəkildiyi xəstəxanasında ağır vəziyyətin yarandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"İsrail ordusu Qəzzada ən böyük sağlamlıq kompleksi olan Şifa Xəstəxanasından çəkildiyini açıqlayıb. Xəstəxana iki həftəyə yaxın mühasirədə qalıb. İndi tamamilə məhv edilib və işlək vəziyyətdə deyil. Bu yerin “ölüm evi”nə çevrildiyi, ətrafda meyitlərin olduğu bildirilir",- deyə Harris bildirib.

ÜST-nin bu gün Şifa Xəstəxanasına bir qrup göndərməyi planlaşdırdığını, lakin bunun üçün hələlik icazə almadığını ifadə edən Harris, ÜST-nin bir çox missiyalarına girişin qadağan edildiyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…