Əsas məzmuna keç

ÜST Ebola səbəbilə Konqo və Uqandaya səyahət qadağası qoymur

ÜST Ebola səbəbilə Konqo və Uqandaya səyahət qadağası qoymur

Ümumdünya Səhiyyə Təşkilatı virusun yayıldığı bölgələrlə ticarət və gediş-gəliş qadağasına ehtiyac görmür. 139 nəfərin öldüyü xəstəliyin əlamətləri və son vəziyyət.

en ru

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyası ilə bağlı mövcud məlumatları nəzərdən keçirdikdən sonra hazırda Respublikası və Uqandaya məhdudiyyətləri tətbiq etməyi tövsiyə etmir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə təşkilatın nümayəndəliyi məlumat yayıb.

ÜST RİA Novosti agentliyinə bildirib ki, mövcud epidemiyanın yayılmasına dair məlumatlara əsasən, Konqo Demokratik Respublikası və ya Uqandaya və səyahətlə bağlı heç bir məhdudiyyət tövsiyə edilmir.

Qeyd edək ki, Ebola qızdırması filovirusun yaratdığı kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin əsas əlamətləri qızdırma, zəiflik, əzələ və boğaz ağrısı, baş ağrısı, qarın ağrısı, qusma, ishal, səpgi və bəzi hallarda qanaxmadır.

Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Məlumata görə, virusdan ölənlərin sayı 139-a çatıb, 600-dən çox yoluxma halı təsdiqlənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…