Əsas məzmuna keç

Uşağa zorakılıq edənlər cərimələnəcək - Rəsmi qərar

Uşağa zorakılıq edənlər cərimələnəcək - Rəsmi qərar

Milli Məclisdə yeni qanun: Valideynlər və müəllimlər tərəfindən uşağa cismani cəza verilməsi 200 AZN-lik sanksiyalarla nəticələnəcək. Bəs kimlər məsuliyyətə cəlb olunacaq?

ru en

Uşaqlara qarşı və ya psixoloji göstərən şəxsləri yeni və sərt cərimələr gözləyir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən, uşağı tərbiyə etmək məqsədilə ona qarşı zorakılıq tətbiq qanun qarşısında cavab verəcəklər. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə görə, (onları əvəz edən şəxslər) və uşaqlara nəzarəti həyata keçirən təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə görə 200 manat məbləğində cərimə kəsiləcək. Yəni, tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və ya psixoloji zorakılığın törədilməsi birmənalı şəkildə cəzalandırılacaq.

Bundan başqa, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə aidiyyəti orqanlara məlumat verilməməsi də cərimə ilə nəticələnəcək. Layihəyə əsasən, bu məlumatı hüquq mühafizə orqanlarına və ya uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verməyən valideynlər, habelə müvafiq müəssisə işçiləri məsuliyyət daşıyacaq. Bu halda məlumatı gizlədən fiziki şəxslər 200 manatdan 300 , vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.

Təklifə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə də sanksiyalar tətbiq ediləcək. Belə halların qarşısını almayan fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…