ABŞ-nin Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Qətərin paytaxtı Dohaya səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
ildirilib ki, səfər rəsmi Vaşinqtonun İranla mümkün danışıqların aparılması ilə bağlı gözləntiləri fonunda həyata keçirilib.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai də ölkəsinin nümayəndə heyətinin bu həftə Dohaya səfər edəcəyini təsdiqləyib. Rəsmi Tehranın açıqlamasında qeyd olunub ki, səfərin əsas məqsədi İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması məsələsinin müzakirəsidir. İran tərəfi bu təmasların ABŞ nümayəndələri ilə aparılan danışıqlarla birbaşa əlaqəli olmadığını vurğulayıb.
Bildirilib ki, tərəflər arasında Dolayısı diplomatik kanallar vasitəsilə müxtəlif iqtisadi və maliyyə məsələlərinin müzakirəsi davam etdirilir.
Xatırladaq ki, daha əvvəl bəzi media orqanlarında İsrailin ABŞ rəsmiləri, o cümlədən Stiv Uitkoff və Pentaqon rəhbərinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi arasında aparılan telefon danışıqlarını dinlədiyi barədə iddialar yer almışdı. Bu iddialarla bağlı rəsmi təsdiq və ya təkzib verilməyib.