Əsas məzmuna keç

Rumıniyada PUA qəzaya uğradı: Partlayış və yanğın baş verdi

Rumıniyada PUA qəzaya uğradı: Partlayış və yanğın baş verdi

Ukrayna ilə sərhəddən 5 kilometr aralıda baş verən hadisə nəticəsində partlayış və yanğın qeydə alınıb.

en ru

Rumıniyanın şərqində, Ukrayna ilə sərhəddən təxminən 5 kilometr məsafədə Lunkavitsa yaşayış məntəqəsi yaxınlığında naməlum mənşəli (PUA) qəzaya uğrayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, PUA meşəlik əraziyə düşüb.

Hərbi qurumun açıqlamasında bildirilib ki, aparat çox aşağı hündürlükdə uçduğu üçün ölkənin radiolokasiya müşahidə sistemləri tərəfindən aşkar edilməyib.

Fövqəladə Hallar üzrə Rayon Müfəttişliyinin məlumatına görə, PUA-nın yerə çırpılması nəticəsində baş verib və daha sonra ərazidə yanğın qeydə alınıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, bu, Rumıniya ərazisində PUA qalıqlarının aşkarlandığı ilk hadisə deyil.

Ölkənin daha əvvəl də ərazidə buna bənzər insidentlərin qeydə alındığını açıqlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…