İranın Dubaya pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 2 nəfər yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Dubayın mətbuat ofisi rəsmi məlumat yayıb.
Məlumata əsasən, PUA qalıqlarının əraziyə düşməsi nəticəsində 2 nəfər xəsarət alıb.
***
Dubayda ikinci dəfə partlayış səsləri eşidilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Bundan əvvəl Dubay, Doha və Manamada da partlayış səsləri eşidilib.
***
Bu gün səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir neçə partlayış səsi eşidilib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, “Reuters“ agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada da partlayışlar qeydə alınıb.