Əsas məzmuna keç

Fransalı siyasətçi Monakodakı partlayışa görə Zelenskini ittiham etdi

Fransalı siyasətçi Monakodakı partlayışa görə Zelenskini ittiham etdi

Fransanın "Patriots" partiyasının lideri Florian Filipponun iddiasına görə, Monakoda baş verən partlayışın arxasında Ukrayna hakimiyyəti dayanır.

en ru

Fransanın “” partiyasının lideri Florian Filipponun “X” sosial şəbəkəsində etdiyi paylaşım beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçi Monakoda baş verən partlayışla bağlı Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi siyasi xətti birbaşa günahlandırıb. Filippo iddia edib ki, Ukrayna hakimiyyəti “qırmızı xətti keçərək” Avropa ərazilərinə qədər təsir göstərən təhlükəli addımlar atır.

Məlumata görə, hadisədən sonra Fransanın Ukraynaya göstərdiyi maliyyə və hərbi yardımların dərhal dayandırılmasını tələb edib. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin nümayəndələrinin Fransada keçirilən “Bastiliya günü” hərbi paradında iştirakını tənqid edib.

Bildirilib ki, Monakoda baş verən nəticəsində üç nəfər xəsarət alıb və yaralıların Ukrayna vətəndaşları olduğu müəyyən edilib. İlkin ehtimallara əsasən, hücumun hədəfinin ukraynalı iş adamı ola biləcəyi qeyd olunur.

Monakonun dövlət naziri Kristof Mirman isə hadisəni knyazlıq tarixində ilk kimi qiymətləndirib. Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…