ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə çıxışı ilə bağlı zarafatla xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Vens bu barədə danışarkən Trampın ona çox yaxşı çıxış etməməyi tövsiyə etdiyini bildirib.
Məlumata görə, hadisə Oval kabinetdə baş verib. Vens bildirib ki, çıxışa hazırlaşarkən Tramp ona “Ehtiyatlı ol. İstəyirəm ki, yaxşı çıxış edəsən, amma həddindən artıq yaxşı olsa, səni mətbuat katibi edə bilərəm” deyib.
Vitse-prezident zarafatla qeyd edib ki, bu xəbərdarlıqdan sonra jurnalistlərdə həddindən artıq müsbət təəssürat yaratmamaq üçün çıxışı zamanı qəsdən bir qədər səhv etməyə çalışıb.
Qeyd edək ki, daha əvvəl “The New York Times” Trampın Vensin gələcəkdə onun siyasi varisi olub-olmayacağı ilə bağlı şübhələrini əks etdirən məqalə yayıb. Mənbələrin iddiasına görə, Tramp müttəfiqləri ilə söhbətində Vensin onun dəstəyi olmadan seçkilərdə uğur qazana bilməyəcəyini bildirib.