Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-ın dövlət borcu İrana qarşı əməliyyatların başlanmasından sonra 406,5 milyard dollar artıb

1 dəq
Paylaş:
ABŞ-ın dövlət borcu İrana qarşı əməliyyatların başlanmasından sonra 406,5 milyard dollar artıb

İrana qarşı əməliyyatların icrası və ardından tətbiq olunan dəniz blokadası dövründə -ın milli 406,5 milyard dollardan çox artıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.

Xatırladaq ki, ABŞ və İsrail qüvvələri fevralın 28-də İrandakı hədəflərə qarşı zərbələr endirməyə başlamış, tərəflər aprelin 8-də atəşkəs razılığına gəlmişdilər.

Nazirliyin statistikasına görə, əməliyyatların başlamasından bir gün əvvəl – fevralın 27-də ABŞ-ın dövlət borcu 38 769 milyard 805 milyon təşkil edirdi. Mayın 30-na olan məlumata əsasən isə bu rəqəm 39 trilyon 176 milyard 301 milyon dollara yüksəlib.

Beləliklə, aktiv döyüş əməliyyatları və İranın dəniz blokadası ilə müşayiət olunan üç aylıq müddət ərzində ABŞ-ın ümumi dövlət borcunda 406,5 milyard dollarlıq artım müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax