Əsas məzmuna keç

Laosda su basmış mağarada qalan dörd nəfər 10 gündən sonra xilas edilib

Laosda su basmış mağarada qalan dörd nəfər 10 gündən sonra xilas edilib

Saysombun əyalətində baş verən hadisə nəticəsində mağarada köməksiz vəziyyətdə qalan şəxslərdən dördü sağ çıxarılıb, digər iki nəfərin axtarışları davam etdirilir.

en ru

Laosun mərkəzi hissəsində yerləşən Saysombun əyalətində qızıl axtarışı məqsədilə yeraltı tunellərə daxil olan yeddi nəfərlik kənd sakini qrupu təhlükəli vəziyyətlə üzləşib. Mayın 20-də baş verən qəfil daşqınlar nəticəsində mağaranın giriş hissələri bağlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xarici mediaya istinadən yaydığı məlumata görə, 10 günlük xilasetmə əməliyyatından sonra dörd nəfər mağaradan sağ çıxarılıb. Hazırda itkin düşən digər iki nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…