Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini batırdı

2 dəq
Paylaş:
ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini batırdı

ABŞ hərbi qulluqçuları Sakit okeanın şərq hissəsində Ekvadorun "Los Choneros" narkokartelinin maraqları üçün istifadə edilən gəmini ələ keçirib və batırıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.

Komandanlığın məlumatına görə, ABŞ dəniz piyadaları və dənizçiləri "San Antonio" desant gəmisindən həmin gəmiyə daxil olub, ona baxış keçirib və göyərtədəki insanları saxlayıblar. insidentsiz keçib. Saxlanılanlar Ekvadora çatdırılıb, bundan sonra ABŞ hərbçiləri gəmini batırıblar.

SOUTHCOM-dan bildirilib ki, Ekvador hökuməti ilə koordinasiya və şəraitində həyata keçirilib.

Amerika komandanlığının məlumatına görə, gəmi üzən yanacaqdoldurma stansiyası kimi istifadə olunub və Sakit okeanın sularında qaçaqmalçılığını təmin edib. ABŞ kəşfiyyatı onun Ekvadorun ən böyük narkokartellərindən biri olan "Los Choneros"un maraqları çərçivəsində fəaliyyət göstərdiyini müəyyən edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə