Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Kəşfiyyatında yeni ixtisarlar başladı

2 dəq
Paylaş:
ABŞ Kəşfiyyatında yeni ixtisarlar başladı

-nin Milli İdarəsinin direktoru vəzifəsini edən Bill Pulti idarədə növbəti ixtisar dalğasının başladığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müvafiq paylaşım məmurun "X" hesabında yerləşdirilib.

"ABŞ Milli Kəşfiyyat İdarəsi əvvəlki istənilən dövrlə müqayisədə daha böyük səmərəlilik və məhsuldarlıqla fəaliyyət göstərir. Bu gün biz artıq hesab edilən və ya ikinci dərəcəli funksiyaları icra edən işçilərin ixtisarının üçüncü mərhələsinə başladıq", - o yazıb.

Bununla belə, Pulti ixtisarların şamil olunacağı mütəxəssislərin konkret sayını açıqlamayıb.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatında artıq kadr ixtisarları həyata keçirilib. CNN telekanalının iyunda dərc edilmiş məlumatına görə, Ağ Evin rəhbəri Tramp Pultini idarənin müvəqqəti rəhbəri vəzifəsinə təsdiqləyərkən onun yüzlərlə əməkdaşı işdən çıxaracağını gözləyirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax